“Atletiko” gözünü norveçli hücumçuya dikib
“Vilyarreal”ın hücumçusu Aleksandr Sörlot İspaniyanın başqa klubunun “radar”ına düşüb.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, “Atletiko” norveçli futbolçu ilə müqavilə bağlamaqda maraqlıdır. Ukraynalı hücumçu Artyom Dovbikin transferi uğursuzluğa düçar olduqdan sonra madridlilər Sörlotu seçib.
La Liqada ötən mövsümün ən yaxşı hücumçusu “Roma”ya keçməyə üstünlük verib. Dovbikin potensial keçidi 38 milyon avroya başa gələcək.
27 yaşlı Sörlot 2023-cü ildə “Vilyarreal”ın sıralarına qoşulub. O, ötən mövsüm 41 matçda iştirak edib, 26 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin