“Çelsi” Lukaku üçün 25 milyon avroluq təklifdən imtina edib

“Napoli” hücumçu Romelu Lukakunun mümkün transferi üzərində “Çelsi” ilə danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu belçikalı futbolçu üçün 25 milyon avro təklif etsə də, ingilislər bundan imtina ediblər.

Eyni zamanda, “Napoli” artıq 31 yaşlı hücumçu ilə şəxsi müqaviləni razılaşdırıb. Üç illik müqaviləyə əsasən, Lukaku transfer olunarsa, ildə 6 milyon avro qazanacaq. Futbolçunun özü komandasını dəyişməyə hazırdır.

Lukaku 2021-ci ildə “Çelsi”yə qayıdıb. Belçikalı forvard ötən mövsüm icarə əsasında “Roma”da çıxış edib, 32 oyunda 13 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button