“Sevilya”nın hədəfindədir – “Barselona”nın 2 hücumçusu
“Sevilya” yay transfer pəncərəsi bağlanana qədər yeni forvard almaq istəyir.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, İspaniya klubunun diqqət mərkəzində “Barselona”nın iki hücumçusu var. Söhbət Vitor Roke və Ansu Fatidən gedir. Onlardan biri yaxın gələcəkdə “Sevilya”ya keçə bilər.
Hər iki hücumçunun “Barselona”nın heyətində sabit yeri yoxdur və buna görə də, əndəlusluların oyun praktikası qazanmaq təklifini qəbul edə bilərlər.
Ötən mövsüm “Sevilya” zəif çıxış edərək La Liqanı 14-cü pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin