“Roma” La Liqanın bombardiri ilə maraqlanır

“Jirona”nın hücumçusu Artyom Dovbik İtaliya klubunun maraq dairəsinə düşüb.

Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, “Roma” ukraynalı hücumçunu transfer etməkdə maraqlıdır. Paytaxt klubu 27 yaşlı futbolçuya əsas namizəd sayılan “Atletiko”nu qabaqlamağa çalışacaq.

Daha əvvəl “Roma”nın onu 40 milyon avroya almağa yaxın olduğu bildirilirdi.

Dovbik ötən mövsüm İspaniya La Liqasının bombardiri olub. Ukraynalı forvard 25 qol vurub, 10 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button