“Mbappe və Neymar mənə kömək etdi” – İtaliyalı futbolçu
“Fiorentina”nın hücumçusu Moyze Kin karyerasının PSJ-dəki dövrünü xatırlayıb. Futbolçu 2020-2021-ci illərdə Paris komandasında çıxış edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı futbolçu ən güclü komandalardan birində oynadığına görə şad olduğunu bildirib:
“Ən güclü komandalardan birində oynamağa şad oldum, orada böyük təcrübə qazandım. Parisdə Kilian Mbappe və Neymar kimi böyük futbolçular mənə kömək etdi. Məşqdən sonra onlar mənə çoxlu məsləhətlər verirdilər”.
24 yaşlı forvard yay transfer pəncərəsində “Yuventus”dan “Fiorentina”ya keçib. O, Florensiya klubu ilə 5 illik müqavilə bağlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin