Azərbaycan yığması Bakıda toplanış keçəcək

Çimərlik futbolu üzrə Azərbaycan millisi avqustun 1-dən 31-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

Komanda.az xəbər verir ki, yığmamız hazırlıq prosesi çərçivəsində Belarusla iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Matçlar avqustun 26-da və 27-də, saat 18:00-da Su İdmanı Sarayının çimərlik meydançasında təşkil olunacaq.

Təlim-məşq toplanışına 12 futbolçu dəvət alıb.

Qapıçılar: Vaqif Şirinbəyov, Elçin Qasımov;

Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynallı, Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Əbdül Əliyev, Kamil Hüseynov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button