ÇL: “Qarabağ” bu gün ilk matçına çıxacaq

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində ilk matçına çıxacaq.

Komanda.az xəbər verir ki, “köhlən atlar” Cəbəllütariqdə “Linkoln”la qarşılaşacaq.

Saat 20:00-da başlayacaq oyunun baş hakimi İştvan Vad (Macarıstan) olacaq.

“Qarabağ”la “Linkoln” arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

İlk oyun

23 iyul

20:00. Linkoln Cəbəllütariq – Qarabağ
Baş hakim: İştvan Vad (Macarıstan)
Cəbəllütariq, “Europa Point Stadium”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button