MY “Real”a və Vinisiusa sərvət təklif edir – 230 milyon avro!
“Mançester Yunayted” “Real”ın vingeri Vinisius Juniorla maraqlanır.
Komanda.az “Defensa Central”-a istinadən xəbər verir “qırmızı şeytanlar” braziliyalı futbolçu üçün 230 milyon avro ödəməyə hazırdır.
24 yaşlı futbolçunun özünə ümumi maaşı 200 milyon avro olan 5 illik müqavilə təklif olunub. O, “kral klubu”ndan ayrılmaqda maraqlı deyil.
Vinisius 2018-ci ildən “Real”da çıxış edir. O, ötən mövsüm 39 oyun keçirib, 24 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin