“Fiorentina”nın “radar”ındadır – “Yuventus”un futbolçusu

“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli yay transfer pəncərəsində klubunu dəyişə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fiorentina” italiyalı futbolçunun xidmətində maraqlıdır. Lakin Turin klubu Lokatellinin satışını yalnız ən azı 40 milyon avro təklif etsələr, nəzərdən keçirməyə hazırdır. Bu məbləğ “Fiorentina” üçün əlçatmaz ola bilər.

26 yaşlı yarımmüdafiəçi İtaliya çempionatının son mövsümündə 36 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button