“Yuventus” ümidlənib
“Yuventus” tezliklə “Bolonya”nın müdafiəçisi Rikkardo Kalafiori üçün yarışa qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal”la danışıqlarda çətinliklər yaranıb, ona görə də, Turin klubu vəziyyəti fəal şəkildə izləyir.
“Yuventus”un idman direktoru Kristiano Gintoli əvvəllər klubun yeni baş məşqçisi Tiaqo Mottanın rəhbərliyi altında çıxış etmiş italiyalı futbolçunu almaq ümidini itirmir. Eyni zamanda, “Bolonya” Kalafiorini İtaliyanın başqa klubuna satmaq istəmir.
“Çelsi” 22 yaşlı müdafiəçinin xidmətində maraqlı olsa da, ingilislər rəsmi təklif etməyiblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin