Suma, “qırmızı” sənin nəyinə lazım idi?

Fəxri Rüstəmli

“Zirə” dünən Moldovanın “Şerif” klubuna 1:2 hesabı ilə (pen – 4:5) məğlub olaraq, Avropa Liqasındakı mübarizəni dayandırdı.

Ayıb oldu, məyus olduq… Oyuna yüksək səviyyədə start verən komanda mərhələni keçməli idi.

Salifu Suma, lazım olmayan yerdə “qırmızı” sənin nəyinə lazım idi? Qəsdi-qərəzliyin var idi? Sən düşünmədin ki, bu qədər azarkeş bəlkə də, “boğazından kəsib” 3 manata, 5 manata bilet alıb, evinə sevinə-sevinə getsin?

Adamı yandıran odur ki, komandamızı doğma meydanda, gözümüzün qabağında məğlub edirlər. Ağrılıdır. Daha diqqətli olmaq lazım idi.

Suma… Heç ehtiyac olmayan zamanda qırmızı vərəqə kimə lazım idi? Düşündünmü heç?

Rəşad Sadıqovun hər dəfə yüksəkdən qışqırması, emosiyaları nəyə desən dəyərdi. Bəlkə də, futbolçularından da çox enerji sərf etdi, daha çox can yandırdı. Amma yenə də… “çi fayda”.

Rüstəm Əhmədzadə, heç nə ilə yadda qalmadın, top itkilərindən başqa. “Təzə qan” kimi oyuna qoşulub, meydanda gəzişdin. Bura Azərbaycan Premyer Liqası deyil, təzyiqi daha güclü olan Avropa Liqasıdır.

Ola bilər, “Zirə” üçün Konfrans Liqası daha uğurlu olacaq. Amma hər bir halda, “Şerif” keçiləsi rəqib idi, əldən verdik. Çox heyf!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button