İtaliya klubu 41 yaşlı qapıçı transfer edib – Rəsmi
41 yaşlı qapıçı Pepe Reyna “Komo” ilə bir illik müqavilə imzalayıb. İtaliya klubu ispaniyalı qolkiperin öz sıralarına keçidini bu gün rəsmən açıqlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Komo”nun baş məşqçisi Sesk Fabreqas Reyna ilə müqavilə bağlanmasını şərh edib:
“Biz Pepeni klubda salamlamaqdan çox məmnunuq. O, böyük təcrübəyə və rəqabətli mentalitetə malik qapıçıdır. Bu səbəblərə görə, əminəm ki, onun töhfəsi komandanın böyüməsinə və irəliləməsinə kömək edəcək”.
“Komo” 2024/25 mövsümündə İtaliya A Seriyasında mübarizə aparacaq. Reyna bundan əvvəl İspaniyanın “Vilyarreal” klubunda forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin