İtaliya klubu İbrahimi transfer etdiyini açıqlayıb
“Atalanta” “Kalyari”nin və Qana millisinin yarımmüdafiəçisi İbrahim Sulemananın transferini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qanalı futbolçunun İtaliya klubu ilə müqaviləsinin müddəti bilinmir.
“Transfermarkt” portalının məlumatına görə, “Atalanta” 21 yaşlı yarımmüdafiəçinin transferi üçün 7,5 milyon avro ödəyib.
İbrahim Sulemana ötən mövsüm A Seriyasında 21 matçda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin