Mbappe ABŞ toplanışında olmayacaq
“Real”ın yeni futbolçusu Kilian Mbappe “kral klubu”nun ABŞ-dakı mövsümöncəsi yay toplanışını buraxacaq.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Madrid klubu səfər çərçivəsində 3 yoxlama oyunu keçirəcək. “Real”ın rəqibləri “Milan”, “Barselona” və “Çelsi” olacaq.
Mbappe yeni mövsümə İspaniya klubunun düşərgəsində hazırlaşacaq. “Real”ın planı fransalı futbolçunun Varşavada “Atalanta” ilə UEFA superkuboku matçında oynamasıdır.
“Real” Mbappenin transferini iyunun 3-də elan edib. 25 yaşlı forvard Madrid klubu ilə 2029-cu ilin yayına qədər olan müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin