Yeni transferi “Real”a vaxtından əvvəl qoşulub
Braziliya millisinin hücumçusu Endrik vaxtından əvvəl “Real”a gəlib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu müqaviləni mümkün qədər tez tamamlamaq üçün tətilini qısaldıb.
Daha əvvəl Madrid klubu yeni gələn futbolçunun təqdimatını iyulun 26-dan iyulun 27-nə təxirə salıb. Tədbir Madriddəki “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Bundan sonra Endrik Madrid komandası ilə Amerika turuna çıxacaq.
Braziliyalı hücumçunun “Real”la müqaviləsi 2030-cu ilin ortalarına qədər davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin