“Milli komandadan bu şəkildə ayrılmaq arzusunda idim”
Argentina millisinin cinah oyunçusu Anxel Di Maria komandasının Amerika kubokunun final oyununda Kolumbiya üzərində qazandığı qələbəyə (1:0) münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Milli komandadan bu şəkildə ayrılmaq arzusunda idim. Argentina mənim ölkəm və sevgimdir. Hamıya təşəkkürlər!”
36 yaşlı yarımmüdafiəçi Argentina millisində 145 oyun keçirib və 31 qola imza atıb.
Argentina yığması 16 kubokla Amerika kubokunda qalibiyyət rekorduna sahibdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin