Azarkeşlər İngiltərə millisini qarşılaya bilməyəcək

İngiltərə millisinin azarkeşləri Avropa çempionatının finalında məğlubiyyətdən sonra Almaniyadan geri dönən milli komandanın futbolçularını hava limanında qarşılaya bilməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli oyunçular və işçilər çarter reysi ilə geri gedəcək və xüsusi terminal vasitəsilə hava limanını tərk edəcəklər. Buna görə də, azarkeşlərin onları qarşılamaq imkanı olmayacaq.

İngiltərə millisi tarixində ardıcıl ikinci dəfə Avropa çempionatının finalında məğlub olan (1:2) ilk komanda olub. İspaniya yığması isə 4-cü dəfə bu titulu qazanıb. Bu, bütün Avropa milli komandaları arasında rekord göstəricidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button