MY onu satmağa hazırdır

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen yay transfer pəncərəsində klubu tərk edə bilər.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, danimarkalı futbolçunun yayın sonuna qədər klubunu dəyişmək ehtimalı yüksəkdir. “Mançester Yunayted” yarımmüdafiəçini münasib qiymətə satmağa hazırdır.

Eriksen son mövsümdə Erik ten Haqın komandasında 28 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “qırmızı şeytanlar”la müqaviləsi qarşıdakı mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button