“Bayern” Saneni satıb, ispaniyalı futbolçunu almağa çalışacaq
“Bayern” yarımmüdafiəçisi Leroy Sanenin gələcəyi ilə bağlı qərar verib.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi yay transfer pəncərəsində almaniyalı futbolçunu satmağı düşünür.
28 yaşlı vingerin “Bayern”lə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir. O, 2020-ci ildən Münhen komandasında çıxış edir.
“Bayern” Saneni satsa, onun yerinə “Atletik”dən ispaniyalı yarımmüdafiəçi Niko Uilyamsı almağa çalışacaq. Bu futbolçunun xidmətində “Barselona” da maraqlıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin