İtaliya klubu futbolçu satacaq, qazanan “Bayern” olacaq

“Bayern” hücumçusu Coşua Zirkzenin “Bolonya”dan “Mançester Yunayted”ə transfer olunması ilə büdcəsini əhəmiyyətli dərəcədə artıracaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu niderlandlı futbolçunu “Boloniya”ya satarkən, müqaviləyə italyanların forvardın sonrakı satış məbləğinin 50 faizini “Bayern”ə verməsini daxil edib.

Zirkzenin transfer dəyərinin 42 milyon avro olacağı gözlənilir ki, belə olan halda “Bayern” 21 milyon avro qazanacaq.

23 yaşlı futbolçu İtaliya çempionatının son mövsümündə 11 qol vurub, 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button