Marsial Premyer Liqa klublarının təklifindən imtina edib

Ötən ayın sonunda “Mançester Yunayted”lə müqaviləsi başa çatan Antoni Marsial gələcəyi ilə bağlı hələ qərar verməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqanın bir neçə klubu 28 yaşlı forvardla müqavilə imzalamaq istəsə də, futbolçu onların təkliflərini nəzərə almayıb.

Marsial “Beşiktaş” və “Komo”nun da maraq dairəsində olub.

Fransalı hücumçu ötən mövsüm “Mançester Yunayted”in forması ilə 19 dəfə meydana çıxıb, 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button