Keçmiş futbolçu: “Ronaldonun çıxışı komandaya ziyan vurdu”

ABŞ millisinin sabiq futbolçusu Aleksi Lalas Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldonun Avropa çempionatındakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, amerikalı keçmiş futbolçu, Portuqaliya yığmasının Avropa çempionatındakı çıxışının Ronaldo üçün xeyriyyə oyunu olduğunu bildirib:

“Portuqaliya millisinin Avropa çempionatındakı çıxışı Ronaldo üçün xeyriyyə oyunu idi. Bu, baş məşqçi Roberto Martinesin yaratdığı və Kriştianonun qəbul etdiyi vəziyyətdir. Nəhayət, bu, komandaya ziyan vurdu”.

Fransaya penaltilər seriyasında məğlub olan Portuqaliya yığması Avropa çempionatının 1/4 finalında mübarizəni dayandırıb. 39 yaşlı Ronaldo turnirdə 5 oyun keçirib və yalnız 1 məhsuldar ötürmə edə bilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button