Portuqaliyalı futbolçu rəsmən “Bayern”də
Portuqaliyalı yarımmüdafiəçi Joao Palinya “Bayern”ə keçib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Palinyanın əvvəlki klubu “Fulhem” idi. 29 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada 39 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Bayern” son mövsümü uğursuz keçirib. Belə ki, Münhen klubu bir dənə də olsun kubok qazana bilməyib. Almaniya nəhəngi Bundesliqanı 3-cü pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin