AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı məlum olub.

Komanda.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantı iyulun 12-də, qurumun inzibati binasında keçiriləcək.

Saat 14:30-da başlayacaq iclasın gündəliyinə bir neçə məsələ daxil edilib:

1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi

2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi

4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr

5. I və II Liqada mövcud vəziyyətin müzakirəsi

6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi

7. Digər məsələlər

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button