İspaniya – Fransa matçının ən yaxşı futbolçusu bəlli oldu

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında yarımfinal oyununun (2:1) ən yaxşı futbolçusu bəlli olub.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispanların hücumçusu Lamin Yamal görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

16 yaşlı futbolçu 21-ci dəqiqədə komandasının bərabərlik qolunun müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button