Almanlar “Qarabağ”dan yazdı
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün yoxlama matçına çıxacaq.
Komanda.az xəbər verir ki, Ağdam klubunun rəqibi olan “Kayzerslauten” bu oyun haqda yazıb. Almanlar “Qarabağ” barədə də qeyd ediblər:
“Kayzerslautern” üçün Azərbaycan çempionu və Çempionlar Liqasının iştirakçısı “Qarabağ”la yoldaşlıq görüşü ilk çətin sınaq olacaq. Lakin sınaq Cənubi Tirolda deyil, təxminən 80 km aralıda, “Qarabağ”ın ötən cümə günündən yeni mövsümə hazırlaşdığı İmstdə keçiriləcək. Bu yay “İnqolştadt”ın sabiq qapıçısı Fabiyan Buntiçi heyətinə qatan Azərbaycan komandası üçün “qırmızı şeytanlar”la qarşılaşma çərşənbə axşamı keçiriləcək iki yoxlama oyunundan ilki olacaq.
Ağdam klubunda 17-ci mövsümünə başlayan Qurban Qurbanovun komandası axşam saatlarında Çexiyanın “Viktoriya” klubu ilə qarşılaşacaq. “Qarabağ”ın Almaniya klubları ilə sonuncu ciddi qarşılaşması bir müddət əvvəl baş tutub. Mart ayında Avropa Liqasının 1/8 finalında “Bayer”lə qarşılaşdılar və əllərindən gələni etdilər. İlk oyunda 2:2 hesablı heç-heçədən sonra Bundesliqa çempionu cavab oyununda yalnız əsas vaxtda Patrik Şikin dublu sayəsində 3:2 hesabı ilə qalib gələ bildi”.
Bizi Facebook-da izləyin