Deşam Fransa millisinin liderinin adını açıqladı – Mbappe deyil
Fransa millisinin baş məşqçisi Didye Deşam yığmanın qapıçısı Mayk Menyan haqda fikirlərini bölüşüb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı çalışdırıcı Menyanın niyə yüksək səviyyəli futbolçu olduğunu izah etməyə ehtiyacın olmadığını bildirib:
“Bu futbolçunun niyə yüksək səviyyəli olduğunu izah etməyə ehtiyac yoxdur. Menyan komandanın lideridir. İndi o, daha çox diqqət çəkməyə başlayıb, lakin onun istedadı çoxdan göz qabağındadır”.
29 yaşlı qolkiper AÇ-2024-də 5 oyun keçirib, onlardan 4-də qapısını toxunulmaz saxlayıb.
Almaniyada keçirilən Avropa çempionatının yarımfinalında Fransa yığması bu gün İspaniya millisi ilə qarşılaşacaq. Qarşılaşma saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin