Ərəblər “Çelsi”nin qapıçısını da “qaralayıb”

“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqanın Avropadan kənarda işləmək imkanı var.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ispaniyalı qolkiperin xidmətində Səudiyyə Ərəbistanı çempionatının təmsilçilərindən olan “Əl-İttihad” maraqlıdır. Klub rəhbərliyi futbolçuya sərfəli müqavilə təklif edib.

Arrisabalaqa ötən mövsüm “Real”da icarə əsasında çıxış edib. O, 20 matçda iştirak edib, 18 qol buraxıb, 8 görüşdə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button