AÇ-2024: Bellingem finalda ispanları arzulayır

İngiltərə millisinin yarımmüdafiəçisi Çud Bellingem Avropa çempionatının finalında İspaniyaya qarşı oynamaq istədiyini bildirib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, ingiltərəli futbolçu ispanların gözəl futbol nümayiş etdirdiklərini deyib:

“İspaniya ilə final oyunu? Ümid edirəm ki, belə də olacaq. Bu komanda son üç həftə ərzində gözəl futbol nümayiş etdirir. Ona görə də, hər şey mümkündür”.

İspaniya millisi yarımfinal oyununda Fransa ilə qarşılaşacaq. Oyun iyulun 9-da keçiriləcək. İngiltərə və Niderland arasında yarımfinal matçı isə iyulun 10-da olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button