“Liverpul” İspaniya millisinin futbolçusu üçün hərəkətə keçir
“Liverpul” yay transfer pəncərəsində heyətini gücləndirmək üçün çalışır.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, Mersisayd klubu İspaniya millisinin cinah hücumçusu Niko Uilyamsı transfer etmək istəyir.
İngilislər 21 yaşlı futbolçunu “Atletik”dən 50 milyon funt-sterlinqdən bir az aşağı qiymətə almağa hazırdır. Görünür, bu məbləğ Uilyamsın “Atletik”lə hazırkı müqaviləsində nəzərdə tutulub.
Niko Uilyams “Atletik”in yetirməsidir. O, əsas komandada 122 rəsmi oyun keçirib, 20 qol vurub və 26 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin