AÇ-2024: “Bu, çox ədalətsiz nəticə oldu”

Almaniya millisinin yarımmüdafiəçisi Coşua Kimmix Avropa çempionatının 1/4 finalında İspaniyaya məğlubiyyəti (1:2 ) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı futbolçu yekun nəticədən məyus olduğunu bildirib:

“Almaniya bu turnirdə daha çox şeyə layiq idi. Təəssüf ki, bu, çox ədalətsiz nəticə oldu. İkinci hissədə və əlavə vaxtda biz daha yaxşı idik”.

İspaniya millisi Avropa çempionatının yarımfinalında Fransa ilə qarşılaşacaq. Bu qarşılaşma iyulun 9-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button