“Messi bizim üçün böyük qardaş kimidir”

Argentina millisinin yarımmüdafiəçisi Rodriqo de Paul Lionel Messinin 2024-cü ildə Amerika kubokunda komandanın oyununa verdiyi töhfə ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu, Messinin zədəsini tez sağaltmaq üçün çox çalışdığını gördüyünü bildirib:

“Lionel bizimlə meydana çıxa bilmək üçün böyük fədakarlıq edir. Onun zədəsini tez sağaltmaq üçün çox çalışdığını gördüm. Messi bizim üçün böyük qardaş kimidir. O, komandaya güvən verir. Hamımız fəxr etməliyik ki, belə bir kapitanımız var”.

Argentina millisi Amerika kubokunun 1/4 finalında Ekvadoru penaltilər seriyasında məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button