AÇ-2024: Türkiyə millisi bu gün Niderlandla qarşılaşacaq

Bu gün Almaniyada təşkil olunan Avropa çempionatında 1/4 finalın son oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, günün ilk oyunu Düsseldorfdakı “Esprit Arena”da İngiltərə və İsveçrə yığmaları arasında olacaq. İngiltərə millisi 1/8 finalda Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. İsveçrə yığması isə İtaliyadan üstün olub – 2:0. Matç saat 20:00-da başlayacaq.

1/4 finalın son qarşılaşmasında Türkiyə millisi Niderlandla qarşılaşacaq. Türkiyə 1/8 finalda Avstriyanı (2:1), Niderland millisi isə Rumıniyanı (3:0) məğlub edib. Saat 23:00-da başlayacaq matç Berlindəki Olimpiya stadionunda keçiriləcək.

AÇ-2024, 1/4 final

6 iyul

20:00. İngiltərə – İsveçrə
Baş hakim: Daniele Orsato (İtaliya)
Düsseldorf, “Esprit Arena”

23:00. Niderland – Türkiyə
Baş hakim: Klement Turpin (Frans)
Berlin, Olimpiya stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button