Almaniya klubunun Xavi planı

Niderland millisinin və PSJ-nin yarımmüdafiəçisi Xavi Simons Almaniya çempionatına qayıda bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı niderlandlı futbolçu ilə “Bayern” maraqlanır.

Münhen təmsilçisi Simonsu sonradan satınalma şərti ilə icarəyə götürmək niyyətindədir. Xavi bu komandada 10 nömrəli formanı geyinə bilər.

Simons ötən mövsüm icarə əsasında “Leyptsiq”in heyətində 43 matçda iştirak edib, 10 qol vurub və 15 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button