Azərbaycanın bayraqdarı cüdoçu olacaq
Bakıda keçiriləcək Yeniyetmələrin Avropa Olimpiya Festivalında (EYOF) Azərbaycanın bayraqdarı müəyyənləşib.
Komanda.az xəbər verir ki, iyulun 21-də start götürəcək festivalda bayraqdarımız yeniyetmələrdən ibarət cüdo üzrə milli komandamızın üzvü, ötən il Argentinada olimpiya çempionu adını qazanan Vüqar Talıbov olacaq.
Cüdoçumuz Olimpiya Festivalının açılış mərasimində Azərbaycanın bayrağını daşıyacaq.
Qeyd edək ki, EYOF-un açılış mərasimi iyulun 21-də saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin