İtaliyalı futbolçu “Yuventus”la vidalaşa bilər – Tezliklə

“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli bu transfer pəncərəsində komandasını tərk edə bilər.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, Turin klubu bu gün azad agentə çevrilmiş yarımmüdafiəçi Adrien Rabionu saxlamağı bacarsa, Lokatellinin gedişi qaçınılmaz olacaq.

Lokatellinin xidmətində bir müddət əvvəl Roberto de Zerbini baş məşqçi postuna gətirən “Marsel” maraqlıdır.

26 yaşlı futbolçu İtaliya millisinin heyətində daha əvvəlki Avropa çempionatında uğurlu çıxışından sonra, 2021-ci ilin yayında “Yuventus”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button