Azərbaycan yığması Avropa birinciliyini 4 medalla başa vurdu
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə boksçular arasında Avropa birinciliyinə yekun vurulub.
Komanda.az xəbər verir ki, Azərbaycan millisi yarışın son günündə daha 2 medalı rəsmiləşdirib.
Komandamızın heyətində Nihat Qasımov (48 kq) və Səftər Məmmədzadə (+80 kq) gümüş mükafata yiyələliblər.
Nəticədə yığmamız Avropa birinciliyini 4 medalla başa vurub. Daha öncə Aylin Nəzərova (48 kq) və Əminə Tağı (52 kq) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin