AÇ-2024: Azarkeş Ronaldonun üzərinə tullanıb
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Gürcüstanla oyundan sonra az qala azarkeş tərəfindən vurulacaqmış.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçın final fitindən sonra 39 yaşlı forvard meydanı tərk edərkən azarkeşlərdən biri tribunadan ona tərəf tullanıb. Stüardlar və təhlükəsizlik işçiləri dərhal reaksiya veriblər və onu fanatdan qoruyublar.
Portuqaliya yığması dünən keçirilən matçda Gürcüstan millisinə 0:2 hesabı ilə uduzub.
Ronaldo AÇ-nin qrup mərhələsində 3 oyun keçirib və qol vurmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin