“Barselona” futbolçusuna 30 milyon avro qiymət qoyub
“Barselona” hücumçusu Vitor Rokenin qiymətini müəyyənləşdirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubu braziliyalı hücumçunu daimi olaraq satmaq üçün ən azı 30 milyon avro təzminat tələb edir.
“Barselona” bir il əvvəl 19 yaşlı futbolçu üçün 40 milyon avro ödəmişdi.
Daha çox ehtimal olunan nəticə, Rokenin müntəzəm oyun praktikası alacağı başqa komandaya icarəyə verilməsidir.
Roke yanvarda “Barselona”ya keçsə də, az oynayıb. O, İspaniya çempionatında 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin