Fonseka keçmiş futbolçusunu “Milan”a gətirmək istəyir

Əvvəllər “Roma”da çalışan “Milan”ın yeni baş məşqçisi Paulo Fonseka tədricən daha əvvəl əməkdaşlıq etdiyi oyunçuları komandaya cəlb etməyə başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı “Roma”dan ingiltərəli hücumçu Temmi Abrahamı “Milan”a dəvət etməkdə maraqlıdır. Vaxtı ilə Abrahamla işləyən çalışdırıcı bu futbolçunu yenidən komandasında görmək istəyir.

Bu, “Milan”ın serbiyalı forvardı Luka Yoviç üçün pis xəbərdir. Böyük ehtimalla, o, belə olan halda “Milan”ı tərk etməli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button