34 yaşlı hücumçu “Real”dan ayrılmaq qərarına gəlib
Hücumçu Xoselu “Real”da qalmayacaq.
Komanda.az COPE-yə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu bu yay klubunu dəyişmək qərarına gəlib. Buna səbəb “Real”ın eyni anda iki hücumçu – Kilian Mbappe və Endriklə müqavilə imzalamasıdır. Xoselu başa düşür ki, indi Madrid komandasında daha da az oyun vaxtı alacaq.
“Real” Xoselunu “Espanyol”dan 1,5 milyon avroya almağı planlaşdırsa da, futbolçu başqa variant seçib. Onun Yaxın Şərqə səfər edəcəyi gözlənilir.
Xoselu ümumilikdə “Real”ın heyətində 51 oyun keçirib, 19 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin