“Barselona” “10”-nu ona vermək istəyir
Lionel Messinin gedişindən sonra Ansu Fati “Barselona”da 10 nömrəli formanı geyindi. Lakin gənc futbolçu ümidləri doğrultmadı. Fati 2023/2024 mövsümünü icarə əsasında “Brayton”da keçirib.
Komanda.az “fcbarcelonacollection”-a istinadən xəbər verir ki, “Barselona” 10 nömrəli formanı Lamin Yamala vermək imkanını nəzərdən keçirir.
Kataloniyalılar belə bir addımı həm də, marketinq nöqteyi-nəzərindən gözdən keçirir. Klubun 125 illik yubileyi ilində “10”-un Yamala verilməsi doğru qərar ola bilər. Amma qərarın verilməsində əsas amil 16 yaşlı Yamalın AÇ-2024-dəki çıxışı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin