“Bayern” 60 milyon avroya futbolçu alır

“Bayern” “Kristal Pelas”ın vingeri Mikael Oliseni transfer etməyə yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbərliyi fransalı yarımmüdafiəçinin alınması üçün təxminən 60 milyon avro ayıracaq. Artıq futbolçunun şəxsi müqaviləsinin şərtləri razılaşdırılıb.

22 yaşlı yarımmüdafiəçi İngiltərə Premyer Liqasının son mövsümündə 19 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

“Bayern” ötən mövsümdə bir dənə də olsun kubok qazana bilməyib, Bundesliqanı 3-cü yerdə başa vurub. Komandanın baş məşqçisi yeni mövsümdən belçikalı çalışdırıcı Vensan Kompani olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button