Falkao vətəninə döndü – Keçmiş klubu ilə müqavilə bağladı
Kolumbiyalı hücumçu Radamel Falkao “Millonarios” ilə müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin müddəti 2024-cü ilin sonuna qədərdir.
Falkao 13 yaşına kimi “Millonarios”un uşaq komandasında forma geyinib. 38 yaşlı forvardın son klubu “Rayo Valyekano” olub. O, daha əvvəl “Qalatasaray”, “Monako”, “Çelsi”, “Mançester Yunayted”, “Atletiko”, “Portu” və “River Pleyt”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin