Van Nistelroy İngiltərə klubu ilə müqavilə imzalamağa yaxındır

Niderlandlı mütəxəssis Rud van Nistelroy “Bernli” ilə müqavilə imzalamağa yaxındır.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, tərəflər artıq danışıqlar aparıb və çoxillik müqavilə imzalaya bilərlər.

Van Nistelroyun son iş yeri ötən ilin mayında ayrıldığı PSV olub. 47 yaşlı mütəxəssis buna qədər də klub sistemində çalışıb və Niderland millisinin məşqçilər heyətində yer alıb.

“Bernli” İngiltərə Premyer Liqasının 2023/24 mövsümünü 19-cu yerdə başa vuraraq, aşağı liqaya düşüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button