Milli komandanın baş məşqçisi qovulub
Uels yığmasının baş məşqçisi Rob Peyc postunu tərk edib.
Komanda.az xəbər verir ki, bu barədə Uels Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
49 yaşlı uelsli mütəxəssis 2020-ci ildən milli komandaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında milli 45 oyun keçirib, 15 qələbə qazanıb, 15 dəfə heç-heçə edib, 15 oyunda məğlub olub.
Uels yığması iyun ayında 2 yoldaşlıq oyunu keçirib: Cəbəllütariqlə heç-heçə edib (0:0), Slovakiyaya (0:4) uduzub. Komanda əvvəllər Polşaya pley-offda uduzaraq (0:0, penaltilər 4:5), AÇ-2024-ə vəsiqə qazana bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin