Vinisius 5 illik müqavilə+50 milyon avro maaş təklifindən imtina edib!
PSJ rəhbərliyi “Real”ın forvardı Vinisius Junioru heyətinə qatmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “Tribal Football” nəşri məlumat yayıb.
Fransa çempionu Vinisiusa illik 50 milyon avro maaşla 5 illik müqavilə təklif edib. Həmçinin, sözləşmədə bonus ödənişləri də göstərilib. Amma braziliyalı futbolçu parislilərin təklifini rədd edib. O, “kral klubu”nda qalmaq istəyir.
Vinisius ötən mövsüm İspaniya çempionu və Çempionlar Liqasının qalibi olub. Braziliyalı hücumçu “qızıl top” mükafatını qazanmaq üçün favoritlərdən biridir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin