AÇ-2024: “Rəqiblərimiz onu meydanda görməkdən qətiyyən sevinməyəcəklər”

Polşa millisinin qapıçısı Voyçex Şesni zədəli hücumçu Robert Levandovskinin durumundan danışıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, polşalı qolkiper 35 yaşlı forvardın qayıdışının komandaya çox kömək edəcəyini bildirib:

“Levandovski 90 dəqiqə oynamağa hazırdırmı? Mən bilmirəm. Amma rəqiblərimiz onu meydanda görməkdən qətiyyən sevinməyəcəklər. Buksa Levandovskini yaxşı əvəz edir, amma biz indi tarixin ən yaxşı polşalı futbolçusundan danışırıq. Təbii ki, onun qayıdışı komandaya çox kömək edəcək”,

Polşalı hücumçu zədə səbəbindən Niderland yığması ilə 2024-cü il Avropa çempionatının ilk tur matçını (1:2) buraxıb.

Polşa millisi qrup mərhələsinin 2-ci turunda bu gün Avstriya ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button