Şotlandiya – İsveçrə matçının ən yaxşı futbolçusu müəyyənləşdi
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Şotlandiya – İsveçrə matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, şotlandiyalıların üzvü Manuel Akanci qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
28 yaşlı müdafiəçi 90 dəqiqə meydanda olub və qarşılaşmanı yüksək səviyyədə keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin