Ərəblərin təklifindən imtina edib – “Real”ın futbolçusu

“Real”da çıxış edən Dani Karvahal yaxın gələcəkdə “kral klubu”nu tərk etmək fikrində deyil.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu Səudiyyə Ərəbistanı çempionatına keçə bilərmiş, lakin “Real”a görə bu variantdan imtina edib.

Karvahal “kral klubu” ilə müqaviləsini 2026-cı ilin yayına qədər uzatmaq niyyətindədir. Onun hazırkı müqaviləsi 2024/25 mövsümünün sonunda başa çatır.

İspaniyalı futbolçu La Liqanın son mövsümündə 28 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button